İnsanlara hürriyət, millətlərə istiqlal!

Bill Geytsin gizli şəkildə nişanlandığı deyilir

60 yaşlı amerikalı milyarder, “Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin rəfiqəsiı Paula Hard Nyu-Yorkda nişan üzüyünü xatırladan üzüklə peyda olub.

Musavat.com xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Cütlük Billin üç övladı (27 yaşlı Cennifer, 24 yaşlı Rori və 20 yaşlı Fibi) ilə birlikdə yüksək səviyyəli "Boucherie" restoranında yemək yeyərkən görüntülənib: 

Rəsmi olaraq Qeyts və Hard bu ilin fevralında görüşməyə başlayıblar, lakin münasibətləri barədə heç bir açıqlama vermirlər.

Onlar çox səyahət edirlər. Bu yaxınlarda Melburnda Avstraliya açıq turnirində və Aydahoda olublar.

Paula Hard "Oracle" şirkətinin keçmiş baş direktoru və prezidenti Mark Hardun dul arvadıdır. O, 62 yaşında ölüb və 500 milyon dollar mirası qalıb. Bill Geyts və Melinda Geyts 27 illik evlilikdən sonra 2021-ci ilin mayında boşandıqlarını elan ediblər.

Qeytsin sözçüsü üzüyün uzun müddətdir Paulada olduğunu və sahibinin nişanlı olduğuna dair sübut olmadığını iddia edir.

“Bizim ofisimiz xanım Hardın barmağında görünən üzüyün onilliklər ərzində ona məxsus olduğunu təsdiqləyə bilər” – nədənsə Qeytsin ofisi Paulanın köməkçiləri ilə deyil, bu cür qəribə detalları media ilə bölüşməyə başlayıb.

2127e6bacdd06bee9b216f7cea9345df_ce_894x596x0x77.jpg (57 KB)

Bundan əvvəl amerikalı pedofil maliyyəçi Cefri Epşteyn Bill Qeytsin rusiyalı bric oyunçusu Mila Antonova ilə münasibəti barədə ictimaiyyətə məlumat verəcəyi ilə hədələyərək onu şantaj etdiyi bildirilmişdi.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR