İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda mağazadan 270 ədəd saxtalaşdırılmış alkoqollu içki aşkarlanıb

Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb.

Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki aşkarlanıb.

Qeyd edək ki, normalara uyğun istehsal edilmiş içkilərin eyni marka adı ilə saxtalaşdırıldığı məlum olub. Aşkar edilən pozuntularla bağlı obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Həmin məhsullar saxlanca götürülüb, nümunələr isə analiz üçün aidiyyəti laboratoriyaya göndərilib. Analiz nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdiriləcək.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirəcəyini bildirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR