İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Köçəryan QAYIDIR! Paşinyana ŞOK

Ermənistanın ikinci prezidenti Robert Köçəryan öz komandası ilə 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Musavat.com-un məlumatına görə, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

“2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsir gücüm və seçicilərin bir hissəsini konsolidasiya etmək imkanım var. Təsəvvür edin ki, mən o zaman iştirak etməsəydim... Bizdə artıq 2018-ci ilin dekabr seçkiləri nümunəsi var. Nəticələrə baxın: parlament yaxşılaşıbmı?”, - Köçəryan əlavə edib.

Lakin o, sadəcə seçki kampaniyasında iştirakının yetərli olmadığını bildirib. Sabiq prezident ölkədə real dəyişikliklərə gətirib çıxara biləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid etdiyini qeyd edib.

“Mənim komandam seçkilərdə iştirak edəcək”, - Köçəryan vurğulayıb.

O, beynəlxalq təcrübədən də partiya liderlərinin formal olaraq seçkilərdə iştirak etmədiyi, əslində ölkənin siyasətini müəyyən etdiyi nümunələr göstərib.

“Gürcüstanda İvanişviliyə və ya Polşada Kaçinskiyə baxın - onlar namizədliyini irəli sürmədilər, amma dövlətin kursunu müəyyən etdilər. Nə yaxşıdır - anonim qalmaq, amma yenə də qərar vermək, yoxsa bu cür maskalanmalara əl atmamaq?”, - Köçəryan sual edib.

Keçmiş prezident seçkilərdə iştirakından danışaraq bildirib ki, daha çox səs toplaya bilsələr, başqa bir namizəd üçün kənara çəkilməyə hazırdır.

“2021-ci ildə keçirilən rəy sorğuları açıq şəkildə göstərdi ki, mənim siyahım komandamızdakı hər hansı digər namizəddən daha çox dəstək alıb”, - o deyib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazirliyə namizəd irəli sürmək hüququ qazanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR