İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəyanat: "Qərb Ukraynanı lazım gəldiyi qədər dəstəkləyəcək"

Qərb Ukrayna-Rusiya müharibəsində Kiyevi nə qədər lazımdırsa, bir o qədər dəstəkləyəcək.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə bəyanat Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə Almaniya Kansleri Olaf Şolts arasında baş tutan görüşdə səsləndirilib.

“Almaniya tarixi dəyişikliklərə imza atıb: Müdafiə xərclərini artırıb və Rusiya resurslarından imtina edərək enerji mənbələrini şaxələndirib. Biz Ukraynaya artilleriya qurğuları, tanklar, hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının tədarükü üzərində birlikdə çalışırıq”, - deyə Cozef Bayden bildirib.

Almaniya Kansleri Olaf Şolts isə öz növbəsində hazırda Transatlantik əməkdaşlığının uğurla çalışdığını deyib və bu uğurda ABŞ rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Martın 3-də Birləşmiş Ştatlar Kiyevə 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib. Bu paketə hərbi sursat, mühəndis texnikası, avadanlıq, ehtiyat hissələri və sair daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR