Onlayn ictimai-siyasi qəzet
Çeçenistan rəhbəri Ramzan Kadırovun ən yaxın adamlarından biri, Çeçenistanın Rusiya Dövlət Dumasındakı deputatı Adam Delimxanov videomüraciət yayımlayıb.
“AzPolitika.info” xəbər verir ki, Delimxanov “Vaqner” başçısı Yevgeni Priqojinin “kadırovçular” barədə dediklərinə cavab verərək, onu təhdid edib. Belə ki, bundan öncə Priqojin Kadırovun “Axmat” hərbi birləşməsinin nəylə məşğul olduğunu anlamadığını deyib.
Delimxanov Priqojinə ünvanladığı müraciətdə bildirib ki, “Axmat” ali baş komandanın, yəni Putinin əmrlərini yerinə yetirir və “kadırovçuların” nə etdiyini Priqojinin bilməsi heç lazım da deyil. O, Priqojini Baxmutda çoxlu sayda rusiyalını gudaza verməkdə, ordu rəhbərliyindən tez-tez gileylənməkdə, özünü bloger kimi aparmaqda günahlandırıb və onu “üz-üzə söhbətə” çağırıb: “Sən bloger olmusan, bütün dünyaya çığırırsan, anqırırsan ki, problemləriniz var… Bəsdir danışdın, qışqırdın, anqırdın. Görüşəcəyimiz yeri de. Üz-üzə görüşək və istənilən məsələni həll edək”.
Delimxanovun bu müraciəti Priqojini yerinə oturtmaq məqsədilə Kadırovun, deməli həm də Kremlin sifarişi kimi dəyərləndirilir.
Xatırladaq ki, hələ bir neçə il əvvəl Ramzan Kadırov Delimxanovu onu əvəz edə biləcək adam adlandırmışdı.
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ