İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş günlük Gürcüstan müharibəsində biz qazandıq

İlk yayın vaxtı 23:02 

2008-ci ilin avqustunda qonşu ölkədə savaş başlayanda çoxlarımız “bəs, biz nə vaxt...” deyə, sual edirdik; zaman göstərdi ki...

2008-ci ilin avqustunda dünyanın diqqəti gözlənilmədən Çindəki Yay Olimpiyadasından Cənubi Qafqaza yönəldi. Avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan ordusu Rusiya sülhməramlılarının öndə durduğu Cənubi Osetiyaya qəfil raket zərbələri endirərək, tanklarla Sxinvaliyə daxil oldu.

Cənubi Osetiya formal olaraq Gürcüstanın tərkibində idi, lakin separatçılar “müstəqilliyini” elan etmiş, hələ 1994-cü ildən isə Tiflisin də razılığı ilə Rusiya sülhməramlıları Cənubi Osetiyaya yerləşmişdi. 

esas foto.png (216 KB)

Medvedyevin prezidenlik etdiyi Rusiya gözlənilməz hücumdan tez özünə gəldi, baş nazir Putin sülhməramlıların da öldürülməsində qəzəblənərək separatçı bölgəyə əlavə hərbi qüvvələr göndərdi, beləliklə, beş gün (08.08.08-13.08.08) davam edəcək savaş başladı...

Beş günlük müharibə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin “müstəqilliyini” tanıması ilə başa çatdı. Buna cavab olaraq rəsmi Tiflis Moskva ilə diplomatik əlaqələri dayandırdı və hər iki bölgəni rəsmi olaraq işğal olunmuş ərazilər elan etdi. 

1634844375_snimok-jekrana-2021-10-21-v-22_25_37.png (1.17 MB)

O günlərdən 16 il keçsə də, hər avqust ayı gələndə Gürcüstanda bu savaşla bağlı qarşılıqlı ittihamlar yenidən qızışır. Saakavşili ildönümlə bağlı müraciətində “göydən gedib”, özünü qəhrəman kimi təqdim edib: “2008-ci ildə ordumuz dağılmadı, insanlar küçələrə çıxdı, mən Tiflisdə qaldım və dünyanı ayağa qaldırdım. Tərəfdaşlarımız Tiflisə gəldi, amerikalılar donanma göndərdi, biz Gürcüstan dövlətçiliyini xilas etdik”. İllər öncə bir gürcüdən soruşdum ki, Saakavşili necə prezident idi, cavabında minnətdarlıq əlaməti kimi xaç vurdu. Dedi ki, rüşvətxor deyildi, amma siyasəti yox idi. Şevardnadze isə əksinə, yaxşı siyasətçi idi, amma onun vaxtında rüşvət baş alıb gedirdi...

***

O zamankı ABŞ dövlət katibi Kondaliza Rays and-aman elədi ki, guya Saakaşvili onlara söz veribmiş ki, Rusiyanın “qırmızı xəttini”(sülhməramlıları) keçməyəcək. Halbuki “ Qızılgül inqilabı”ndan sonra Gürcüstan da, Saakaşvili də Qərbin, xüsusilə ABŞ-ın və Fransanın sözü ilə “oturub-dururdu”, Prezident Corc Buş Tiflisə səfər etmiş, amerikalı rəsmilər isə səhər-axşam Kür çayının kənarında çaxır içə-içə Saakaşvili ilə yeni planlar qururdular. ABŞ-ın dəstəyi ilə Gürcüstan ordusunun silahlanması və NATO standartlarına uyğunlaşdırılması başlamışdı. Şübhə yox idi ki, avqust savaşı məhz Qərbin razılığı ilə başlamışdı, bəlkə də zamanın da onlar seçmişdilər. İddialara görə, Cənubi Osetiya ərazisinə hücum planı, müharibədən az öncə amerikalılar ilə Qoridəki birgə hərbi təlimlərdə hazırlığı(məşqi)da keçirilmişdi. 

561792feef1eaa2dffca7dbead74f180.jpg (269 KB)

Niyə Saakavşilini aldadıb bu provakasiyanı təşkil etdilər, versiyalar çox deyil. Əvvəla, bu hücum Rusiya ilə Gürcüstanın bütün iplərini kəsməyə hesablanmışdı. Qərb bəlli idi ki, Gürcüstanın əvəzindən vuruşmayacaqdı, Rusiya da o zaman nə qədər güclü mövqeyi olsada, Tiflisə kimi getməyəcəkdi. Kremldə Saakavşilidən zəhlələri gedirdi, Putin savaş başlayan kimi hətta onu “bir yerindən” asmaqla da hədələmişdi. Amma Rusiya qoşunla Tiflisə girib orada nə edəcəkdi ki? Yeni SSRİ, ya da öz hakimiyyətini qurmaq dövrü çoxdan keçmişdi. Rusiya yaxşı fərqində idi ki, sərhədlərindəki separatçı bölgələri nə yolla olursa-olsun nəzarətində saxlamasa, NATO qoşunları orada tezliklə yerləşib, baza quracaq.

Saakavşili hələ 2004-cü ildə dəfələrlə Rusiya kontingentini NATO qoşunları ilə əvəz etmək istəyini bildirmşdi. Bu ssenari sonra Ukraynada təkrarlandı. Gürcüstanın Ukrayna kimi hərbi potensialı yox idi, ona görə 5 gün davam gətirə bildi... 

Screenshot_1.png (849 KB)

“Gürcü Arzusu”nun rəhbəri sabiq baş nazir Qaribaşvili ildönümdə həlak olanların abidəsini ziyarət edərkən, Saakavşilini günahlandırıb, haqsız da sayılmaz. “Rusiya Federasiyası bizim ərazimizi 2007-ci ildə tərk edib. 2007-ci ildə Gürcüstanda bir dənə də olsun rus əsgəri yox idi. Necə oldu ki, bu ehtiyatsız və xain Saakaşvili hökuməti onları bir neçə ay ərzində daha böyük güclə geri qaytara bildi?”deyə, Qaribaşvili sual edib. Prezident Zurabişvili isə hökuməti separatçı bölgədə fəal siyasət aparmamaqda suçlayıb. 

14052023_214127_666052_lg.jpg (240 KB)

Bizim o günlərdə xalq olaraq kimin tərəfində olduğumuz bəllidir. Gürcüstan üçün əndişələnirdik, amma nəticə çoxlarımıza savaş yekunlaşmadan da bəlli idi. Gürcüstan müharibəsində çox məsələlərdən danışdıq, amma sonda bir nəticə var idi: “Biz də müharibəyə başlasaq, Rusiya qarşımızda duracaq...”

Gürcüstan müharibəyə başlayanda çoxlarımız “bəs, biz nə vaxt torpaqlarımızı azad edəcəyik” deyə, sual edirdik. Azərbaycanda 14 il idi ki, Bişkekdə imzalanmış (12 may, 1994) atəşkəs protokolu qüvvədə idi, hərbi əməliyyatlar tam dayandırılmışdı. Zaman sübut etdi ki, Vətən müharibəsini Saakaşvili kimi hərdəmxəyal biri başlaya bilər, amma onu qələbə ilə yekunlaşdırmaq ağır və məsuliyyətli işdir... 

yazının son abzası.jpg (194 KB)

Gürcüstan müharibəsinin nəticələrindən biz qazandıq. Azərbaycan Prezidentinin düşünülmüş və ağıllı siyasəti, şəhid və qazilərimiz sayəsində Rusiyanı da loyallaşdırdıq, qarşımızda duran Amerikanı da...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR