Onlayn ictimai-siyasi qəzet
“İndi Putinin əsas vəzifəsi 2036-cı ilə qədər sağ-salamat qalmaqdır. Bu, onun prioritetidir və qətiyyən varis seçimi deyil”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri rusiyalı politoloq Stanislav Belkovski dilə gətirib.
Hökumətə və prezident administrasiyasına yeni təyin olunanlar arasında Putinin keçmiş mühafizəçiləri və transplantoloq-cərrahın ailəsindən olan gənc Kalininqrad qubernatoru Əlixanov da var. Putinin sağlamlığı əsas milli layihəyə çevrilir. Yalnız onun səhhətinin pisləşməsi taxtını sarsıda bilər”,-deyə Belkovski qeyd edib.
“Rusiya Federasiyasının elitası görür ki, yaş Qərbdə yüksək vəzifələr tutmağa mane olmur. Reyqan 70 yaşında prezident oldu və “soyuq müharibə”də qalib gəldi. O, prezidentlik müddətinin çox hissəsini alzheimer xəstəliyi ilə keçirib, lakin bu, onun idarəçiliyində və nəticələr əldə etməsində problem yaratmayıb. Tramp 70, Bayden isə 78 yaşında prezident oldu. Elə Putinin yanındakılar da əldən düşmüş qocalara bənzəmirlər. Hər halda, yaş onlar tərəfindən kritik hesab edilmir və təcili getmələrini tələb etmir”,-deyə rusiyalı politoloq vurğulayıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ