İnsanlara hürriyət, millətlərə istiqlal!

Belə dostlar düşməndən daha pisdir - Tramp

ABŞ bu gün elan ediləcək rüsumların tətbiqi ilə bağlı bəzi yumşalmaları mümkün hesab edir. Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, məqsədi ABŞ və digər ölkələr arasında ikitərəfli ticarətdə rüsumların səviyyəsini bərabərləşdirməkdir: “Onlardan (digər ölkələr) bizdən tələb etdiyi məbləği alacağıq”.

Eyni zamanda Tramp bəzi hallarda Amerika tariflərinin daha aşağı olacağını etiraf edib: "Onların etdikləri ilə müqayisədə biz daha yumşaq davranacağıq. Amerika tariflərin onların bizdən aldıqlarından aşağı olacaq. Bəzi hallarda isə əhəmiyyətli dərəcədə aşağı olacaq. Onlarla müqayisədə biz daha ədalətli olacağıq”. O, bu yanaşmanın səbəblərini açıqlayarkən “bizim dünya qarşısında öhdəliklərimiz ola bilər” deyib.

Tramp həmçinin iddia edib ki, ABŞ-ın bir çox müttəfiqləri ilə ticarət şərtləri indi onun üçün son dərəcə əlverişsizdir: "Dostlar bir çox hallarda düşmənlərdən daha pisdir. Onlar bizdən istifadə edirlər”. Onun sözlərinə görə, ABŞ-ın cavab tariflərinə dair şərtləri bu gün, yaxud sabah bəlli olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR