İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçikalı nazirdən absurd çağırış - Ermənistanın ərazi bütövlüyünü tanımırıq?

Ararat Mirzoyandan Azərbaycana gülünc ittihamlar və Hadija Labibin həqiqətdən uzaq açıqlamaları...

“Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə çoxsaylı mühüm görüşlər keçirilir. ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri ilə bir sıra görüşlər baş tutub. Moskvada və başqa yerlərdə də müxtəlif səviyyələrdə görüşlər keçirilir”.

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belçikalı həmkarı Hadija Labib  ilə görüşdən sonra təşkil edilən brifinqdə səsləndirib. “Bizim üçün vacibdir ki, bütün yerlərdə, onlar arasında fərq qoyulmadan, əldə olunmuş razılaşmalar həyata keçirilsin. Bir neçə dəfə görüşlərdə necə razılığın əldə olunduğunun şahidi olduq, amma yerlərdə bu razılaşmanın icrasını görmədik”, - deyə, Mirzoyan avropalı nazirə şikayət də edib.

Mirzoyan belçikalı nazirin yanında Azərbaycan əleyhinə ifadələr işlədib: “Məsələn, qapalı iclaslarda belə sözlər eşitdiyimiz halda, biz hələ də Azərbaycan rəhbərliyinin Ermənistanın ərazi bütövlüyünün tanınması ilə bağlı açıq bəyanatlarını eşitməmişik. Bu bizi narahat edir və Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olduğunu göstərə bilər”.

Belçikanın xarici işlər naziri də deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyıb: “Azərbaycan hakimiyyətini də bunu etməyə çağırırıq". Erməni mediası yazır ki, 2023-cü il mayın 14-də Ermənistan, Azərbaycan və Aİ liderlərinin Brüsseldə keçirilən üçtərəfli görüşündən sonra Avropa Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, Ermənistan və Azərbaycan bir-birinin 29 800 kv. kilometr və 86.600 kvadrat kilometr ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra Ermənistanın baş naziri bir neçə dəfə Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan edərək, Azərbaycan Prezidentinin Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tanınması ilə bağlı açıq bəyanatını gözlədiyini vurğulayıb, yəni Ermənistanın 29.800 kvadrat kilometr ərazi bütövlüyü. Bununla belə, Azərbaycan rəsmiləri tərəfindən Ermənistanın ərazi bütövlüyünün tanınması ilə bağlı heç bir açıqlama verilməyib. Brüssel təmsilçisi Painyanla görüşdə deyib ki, Azərbaycan Laçın dəhlizi ilə insanların və malların sərbəst hərəkətini təmin etməlidir.

İranın viran siyasəti” - Deputat Vüqar İskəndərovun yazısı

Vüqar İsgəndərov 

Deputat Vüqar İsgəndərov belə fikirlərin bilərəkdən ortaya atıldığını deyir: “Köhnə erməni xəstəliyi olan şikayət, yalvarmaq, böhtan və şər atmaq yenə də Ermənistanın xarici siyasətində əsas vasitələrdən biridir. Bugünkü Paşinyan komandası həmin siyasəti davam etdirir. Belə ki, Ermənistanın xarici işlər naziri belçikalı həmkarı ilə görüşdə Azərbaycandan şikayət edib. Göz yaşlarını tökərək, dünyanın gözləri içinə baxaraq hədyanlar söyləyən Mirzoyan deyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, amma Azərbaycan tərəfi bunu bildirməyib. Yalanın bu qədəri yəqin ki, dünyanı heyrətə gətirə bilər. Çünki açıq-aydın şəkildə həm Brüssel variantında, həm də digər görüşlərdə necə ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, Azərbaycan da, o cümlədən, cənab Prezident də bu fikirləri söyləyib. Amma bu məsələ bu günə qədər də Ermənistan tərəfindən pozulmaqdadır. Hələ də o fikirdən sonra Ermənistan tərəfindən rəhbərlik səviyyəsində ərazi bütövlüyümüzə xələl gətirən fikirlər səsləndirirlər, əməllər törədirlər. Hələ də 10 mindən çox silahlı  dəstə Azərbaycanın ərazi bütövlüyündə mövcudluğunu qoruyub saxlamaqdadır. Eyni zamanda, hələ də onların maddi bazasını təmin edən vasitələri Ermənistan təmin edir. Sülh danışıqları yönündə əngəlləri də hələ düşmən yaradır. Belə faktları çox saymaq olar. Əsas məsələ bundadır ki, ”timsah göz yaşları" tökən Ermənistan tərəfinin özü bütün həm beynəlxalq hüquq normalarının prinsiplərini, həm də ilahi ədaləti kobud sürətdə pozurlar. Belçikanın xarici işlər naziri də belə gülməli bəyanat verərək, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımağa çağırır. Düşünürəm ki, onlar bunu bilərəkdən edirlər. Çünki şübhə yoxdur ki, Avropa ölkələrinin rəhbərlərinin, xarici işlər nazirlərinin mövcud durumu düzgün qiymətləndirə bilməmələri üçün bu yola əl atıblar. Amma bu mümkün deyil. Sadəcə, həmişə olduğu kimi, bu, xristian təəssübkeşliyindən daha çox doğur, erməni yalanlarını dəstəkləmək, onların lobbi institutlarının təsiri altında olmaq kimi hallara tez-tez rast gəlmişik. Bu da onlardan biridir. Lakin görünən odur ki, Ermənistan özü qazdığı quyuya özü düşməkdədir. Onlar bunun fərqindədirlər. İndiyə qədər həm Brüsseldə, həm Vaşinqtonda, həm də Moskvada keçirilən görüşlərdə qəbul edilən bir sıra məsələlərə, götürdükləri öhdəliklərə sadiq olduqlarını desələr də, əməldə bunun əksini görürük. Əksinə verdiyi bütün sözlərə əməl edən tərəf Azərbaycandır. Hansı sənədləri imzalamışıqsa, onun arxasındayıq. Ona görə də belə yalanlar, şər-böhtanlar, dünyanın gözlərinə baxa-baxa onu aldatmağa yönəlik cəhdlər artıq keçməyəcək. Erməni tərəfinin dərsi bu günlərdə BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında verildi. Artıq dünya o dünya, ölkəmiz isə 90-cı illərin Azərbaycanı deyil. Qarşımızda güclü, müstəqil Azərbaycan var. Onun dostları var. Qlobal anlamda sözləri keçən Azərbaycan bundan sonra da öz konstitusiyasına, legitim hüquqlarına, BMT-nin nizamnaməsinə və beynəlxalq hüquqa söykənən qanuni proseduralarını uğurla həyata keçirəcək".   

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı belçikalı nazirə Bakıda faktların təqdim edilməsinin vacibliyini vurğuladı: “Belçikalı nazir Ermənistandan sonra Azərbaycana səfər etməklə balansı qorusa da, İrəvanda verdiyi bəyanatlar balansın pozulması idi. Çünki Azərbaycan və Ermənistan Brüssel görüşlərində bir-birinin ərazi bütövlüyünü şifahi olaraq qarşılıqlı şəkildə tanıyıb, buna baxmayaraq, Ermənistan Qarabağla bağlı iddiasını buradakı ”erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması" adı altında davam etdirir. Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı irəli sürülən iddialar da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan mövqedir. Avropada da bu çağırışlar edilir, belçikalı nazirin İrəvanda Laçın yolu ilə bağlı ermənilərin mövqeyindən çıxış etməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış etmək kimi qəbul edilməlidir. Belçikalı nazir Bakıda Ermənistanın Qarabağ iddiasından əl çəkməsi ilə bağlı çağırış edəcəkmi? Məsələ bundan ibarətdir. Əgər diplomatiya sərgiləyirlərsə və Azərbaycana belə bir çağırış edirlərsə, eyni çağırışı Ermənistana da etməlidirlər, ən azı balansı qorumaq üçün. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımasına gəlincə, Brüssel görüşündə bu qəbul edilib. Mirzoyanın iddiasının əksinə olaraq, Azərbaycan Ermənistanın “ərazi bütövlüyü” dediyi xətləri pozmaq istiqamətində addım atmayıb, lakin rəsmi İrəvan Qarabağdakı separatçılara maliyyə yardımı etməklə, öz qoşunlarını bölgədən çıxarmamaqla və Laçın sərhəd-keçid məntəqəsinin ləğv edilməsi istiqamətində beynəlxalq müstəvidə kampaniya aparmaqla Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə pozur. Belçikalı nazirə Bakıda bu faktları təqdim etmək və eyni çağırışı Ermənistana da etməsini istəmək lazımdır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR