İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarusda fəlakət: 170 yaşayış məntəqəsi işıqsız qalıb

Ötən həftənin sonu və bu həftənin əvvəlində yağan leysan və şiddətli küləklə müşayiət olunan güclü qasırğadan sonra Belarusda hələ də 170 yaşayış məntəqəsinə mərkəzləşmiş enerji verilişini bərpa etmək mümkün olmayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin energetika naziri Viktor Karankeviç prezident Aleksandr Lukaşenkonun yanında keçirilən müşavirədə açıqlayıb.

Nazirin sözlərinə görə, 170 yaşayış məntəqəsini dizel generatoru ilə təmin ediblər:

“Vətəndaşlardan da fərdi müraciətlər var ki, bütün evlər enerji şəbəkəsinə qoşulmayıb. Təxminən 3 min belə müraciət var”.

Viktor Karankeviç bildirib ki, elektrik şəbəkəsinin tam bərpasına ən azı bir ay vaxt lazımdır. O, həmçinin qasırğa nəticəsində uzunluğu 12,5 min kilometrdən artıq olan elektrik şəbəkələrində texnoloji pozuntunun qeydə alındığını, təkcə Qomel vilayətində 1175 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təmin olunmadığını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, əlverişsiz hava şəraitinin nəticələrinin aradan qaldırılmasını nəzərə alaraq, Energetika Nazirliyi elektrik enerjisi təchizatının etibarlılığını artırmaq üçün kompleks tədbirlər hazırlayır, əsas vəzifə infrastrukturun müasirləşdirilməsidir.

"Yaxın vaxtlarda hər bir rayonda elektrik şəbəkəsinin enerji tutumunun tam auditi aparılacaq", - nazir bildirib.

O qeyd edib ki, bu gün elektrik şəbəkələrinin bərpasına 1,5 min nəfər cəlb olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR