İnsanlara hürriyət, millətlərə istiqlal!

"Belarus və Rusiya üzərində hərbi hədəflər məhv edilib" - Lukaşenko

"Biz Ukraynada baş verənlərdən yan keçmək üçün burada qollarımızı çırmalayıb torpağı əkib-becərməliyik..."

Ukrayna dronları Belarusun hava məkanını pozub

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna tərəfindən ölkənin hava məkanının pozulması ilə bağlı insident barədə məlumat verib.

Musavat.com moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, Şklov rayonuna işgüzar səfəri zamanı bəyan edib. Məlumatı BELTA agentliyi yayıb.

"Zərbə dronları Smolensk və Yaroslavl tərəfə yönəlib. Bu təxribatlar cavabsız qalmayacaq", - Lukaşenko vurğulayıb.

"Dünən saat 18:10-da Belarusun HHQ və HHM qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hava məkanımızda təxminən on hərbi hədəf müəyyən edilib.

Saat 19:05-də 1, 5 km hündürlükdə və 6, 5 km uzaqda Belarus ərazisi üzərində bir neçə hədəf məhv edilib, hazırda onların qalıqları öyrənilir. Onların zərbə dronları olduğu güman edilir və Ukrayna ərazisindən uçub. Qalanları Rusiyaya verilib, bizim Rusiya ilə vahid HHM var.

Rusiya Baş Qərargahının məlumatına görə, bu hədəflər Yaroslavl yaxınlığında məhv edilib. İlk olaraq Smolensk istiqamətində, sonra trayektoriyasını dəyişərək Yaroslavl rayonu tərəfə uçub, amma Rusiya HHM sistemləri tərəfindən məhv edilib", - Lukaşenko bəyan edib.

"Mən anlamıram, bütün bunlar Ukraynanın nəyinə lazımdır? Biz bunu aydınlaşdırmalıyıq. Amma mən demişəm ki, istənilən təxribat cavabsız qalmayacaq", - o, deyib.

"Ukraynalılar bununla sülhə hazır olmadıqlarını göstərir və gərginliyin eskalasiyasını davam etdirirlər. İki gün öncə Kursk vilayətinə hücum edilib, indi orada möhkəmlənmək istəyirlər. İndi də bu təxribatı törədiblər. Nə etməli, bu təxribat KİV-lərdə hələ çox müzakirə ediləcək, mən şayiələrə yol verməmək üçün baş verənlər barədə məlumat verdim".

"Bütün bunlar bir daha onu göstərir ki, biz bu gün Ukraynada baş verənlərdən yan keçmək üçün burada qollarımızı çırmalayıb torpağı əkib-becərməliyik", - Lukaşenko deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR