Onlayn ictimai-siyasi qəzet
Aprelin 6-na keçən gecə Belarus Litva ilə sərhədə hərbi texnika yerləşdirib. 20 texnikadan ibarət eşelon Litva sərhədindən 9 kilometr aralıda yerləşən Qudoqay stansiyasına gəlib.
APA-nın “Belarus Qayun”a istinadən verdiyi xəbərə görə, eşelona ən azı 10-15 ədəd T-72B/B3 tankı, zirehli transportyor, piyadaların döyüş maşınları və MT-LB daxildir. Qeyd olunur ki, Belarus Silahlı Qüvvələrinin Minskin Uruçça rayonuna dislokasiya olunan 120-ci briqadasının texnikası təhvil verilib.
Monitorinq qrupunun məlumatına görə, eşelonun formalaşması gün ərzində, aprelin 5-də “Ozerişe” stansiyasında baş tutub. Oradan qatar Litva sərhədinə gedib.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ