İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarstore - Əməyin Mühafizəsi Günü ilə əlaqədar fəal əməkdaşlığa görə təltif edildi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Musavat.com xəbər verir ki, konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Tədbirdə dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, əməkdaşlıq edilən ölkələrin nümayəndələri, sahibkarlar və digər şəxslər iştirak edirdi. 

2024-cü il Azərbaycanda  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İqlim dəyişikliyi əməyin mühafizəsinə müxtəlif yollarla təsir edir. Bu səbəbdən işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlığa həmçinin əməyin mühafizəsi ilə əlaqədar fəal əməkdaşlığa görə Bazarstore tədbirdə təltif edildi. 

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 92 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir. 

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR