Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan hər zaman dialoqun və müzakirələrin tərəfdarıdır. Azərbaycan ictimaiyyəti məlumatlıdır ki, Ermənistanla sıx təmaslarımız var”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib. XİN başçısı vurğulayıb ki, Antalya Diplomatiya Forumunda Ararat Mirzoyanla görüş faydalı oldu:
“Sülh gündəliyinin təşəbbüskarı Azərbaycan olub. Biz həm təşəbbüskar olmuşuq, həm də kifayət qədər töhfə vermişik. Antalyadakı görüşdə Ermənistan tərəfinə bir daha sülh əldə olunması üçün legitim gözləntilərimizi xatırlatdıq”.
Nazir əlavə edib ki, delimitasiya prosesi uğurla davam etdirilir: “2024-cü il uğurlu keçdi. Təmaslar davam edir. Azərbaycan prosesə nikbin baxır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ