Onlayn ictimai-siyasi qəzet
Bu gün Bakının Bayraq Meydanında yenidən üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
Musavat.com xəbər verir ki, ilk dəfə 1 sentyabr 2010-cu ildə Bayraq Meydanında ucaldılan Azərbaycan bayrağı, uzun illər dünyada ən yüksək bayraq dirəyi üzərində dalğalanıb.
Həmin dövrdə 162 metrlik bayraq dirəyi Ginnesin Rekordlar Kitabına daxil edilmişdi. Lakin daha sonra Tacikistanın paytaxtı Düşənbədəki dirək bu rekordu qırdı.
2021-ci ildə Bayraq Meydanında və dirəkdə yenidənqurma işlərinə başlanılıb və bu il may ayında yeni, 191 metr hündürlüyə malik dirək qurulub. Azərbaycanın dövlət bayrağı bu yeni dirəkdə yenidən ucaldılıb və Ginnesin Rekordlar Kitabı təşkilatı tərəfindən “dünyanın ən böyük bayrağı” statusu ilə tanınıb. Bayrağın ölçüsü 75 x 35 metr, çəkisi isə təxminən 350 kq təşkil edir.
Üçrəngli bayrağın Bayraq Meydanında yenidən dalğalanması Azərbaycan xalqının milli qürur simvoludur və bu simvolik məkanın təntənəli yenidən açılışı bayrağın möhtəşəmliyini bir daha göstərir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ