İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin seyfində tapılan məxfi sənədlər araşdırılır

ABŞ baş prokuroru (həm də ədliyyə naziri - red.) Merrik Qarland 2016-cı ildə Amerikanın hazırkı prezidenti Co Baydenin evlərindən birində “məxfi” qrifi qeyd olunan sənədlərin necə tapılmasını araşdırır.

Musavat.com-un xəbərinə görə, baş prokuror sanksiya olmadan sənədlərin şəxsi əşya kimi daşınması məsələsinin araşdırılması barədə əmr verib.

Söhbət Baydenin Barak Obama administrasiyasında vitse-prezident kimi fəaliyyət göstərdiyi vaxt əldə etdiyi sənədlərdən gedir. Görünür, onlar digər sənədlərlə birlikdə vitse-prezidentin iqamətgahından aparılıb və keçən ilin noyabrına qədər Baydenin köməkçiləri tərəfindən aşkar edilməyib.

Məsələnin təfərrüatlarına bələd olan insanların fikrincə, bu sənədlərin çoxunda “gizli” qrifi qeyd olunur. Onlar dərhal Milli Arxivə təhvil verilməlidir. Lakin Tramp hakimiyyətə gəldikdən yalnız bir neçə həftə sonra Baydenin vəkilləri Delaver ştatının Uilminqton şəhərindəki evində daha bir neçə məxfi sənəd aşkar ediblər. Qanuna görə, Ağ Evi tərk etdikdən sonra prezident və vitse-prezident bütün rəsmi sənədləri Milli Arxivə təhvil verməlidir. Bu tələbin yerinə yetirilməməsi cinayət hesab edilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR