İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baydenin Novruz süfrəli bayram təbriki xüsusi jestdir”-Murad Sadəddinov

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb. ABŞ prezidenti məktubunda ciddi mesajlar verib, Azərbaycanla əməkdaşlığın önəminə diqqət çəkir. “Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” deyən prezident Azərbaycanla əməkdaşlıqda maraq doğuran məqamları da vurğuayıb. Co Bayden qeyd edib ki, bu il ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir zamanda onun Administrasiyası Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcək.

“Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - deyən Bayden Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlk və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirdiyini, təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olduğunu bildirib.

Diqqətçəkən məqamlardan biri Baydenin məktubunun ingilis dili mətnində Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması və ABŞ Prezidentinin Novruz bayramı atributları ilə bəzənmiş süfrə arxasında şəkil çəkdirərək paylaşmasıdır.

Siyasi təhlilçilər hesab edir ki, bu, xüsusi bir jest və münasibətdir. Politoloq Murad Sadəddinov Musavat.com-a şərhində bildirib ki, sözügedən məktubda qeyd edilənlər və bu jest ABŞ-ın Azərbaycana böyük dəyər verməsinin, Azərbaycanın həyata keçirdiyi siyasətin dəstəklənməsinin, ABŞ-ın Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlk və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirməsinin təzahürüdür:

“İndiyə qədər bir çox ABŞ Prezidentləri Azərbaycana bayram təbrikləri ünvanlayıblar. Lakin bu dəfəki təbrik məktubunun mətnində yeni və daha ciddi məsələlərə yer ayrıldığı ortadadır. ABŞ Prezidenti təbrik məktubu ilə kifayətlənməyib Azərbaycana xüsusi münasibətini Novruz süfərsi ətrafında şəkil çəkdirərək paylaşmaqla da nümayiş etdirib. Baydenin Novruz süfərli bayram təbriki xüsusi jestdir. Bu, xüsusi təbrikdir. ABŞ Azərbaycanın regionda rolunun, təsir imkanlarının 44 günlük müharibədən sonra xüsusilə artdığının qəbul edir. Ona görə də Azərbaycanın təsir imkanlarından istifadə etmək fikrində olduğuna işarə edir. Co Bayden məktubunda təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olmasını qeyd etməklə onların birgə həllində Amerikanın iradəsini olduğunu nümayiş etdirir. Azərbaycanın iqtisadi imkanları, böyük qaz yataqlarına malik olması da ölkəmizin əhəmiyyətini artırıb. ABŞ Azərbaycan qazının Avropaya ixracında maraqlıdır. Eyni zamanda Türkəminstan qazının və ola bilsin İran qazının da Avropaya nəql olunması üçün Azərbaycanın komunikasiya imkanlarından istifadə olunması belə görünür ki, ABŞ-da nəzərdən keçirilir”.

Ekspertin sözlərinə görə, Co Baydenin məktubunda regional barışığın təşviqi barədə fikrləri isə ABŞ-ın həm də və xüsusilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasına maraq göstərdiyi kimi də qəbul edilə bilər:

“Vaşinqton qəbul etməyə başlayıb ki, regionda daimi sülh və təhlükəsizliyin bərqərar olması üçün vacib məsələlərdən biri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Bunun üçün ABŞ və dünya dünya müharibənin nəticələrini və yaranmış yeni geosiyasi reallığı qəbul etməlidir. Co Baydenin məktubu Amerikanın bunu qəbul etdiyinin nümayişidir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR