İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin bu qərarı respublikaçıları qəzəbləndirdi

ABŞ prezidenti Co Baydenin administrasiyası bu yay benzinin bahalaşmasını dayandırmaq üçün strateji ehtiyatlardan (SPR) daha çox neft satmağa hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Financial Times” yayıb.

Məlumatda qeyd edilir ki, Baydenin ən yaxın enerji müşaviri Amos Hokşteyn ölkədə benzin qiymətlərinin "bir çox amerikalılar üçün hələ də çox yüksək olduğunu" və onların "bir az daha aşağı düşdüyünü" görmək istədiyini deyib: "Biz bazarın kifayət qədər yaxşı təchiz olunduğundan əmin olmaq üçün əlimizdən gələni edəcəyik ki, qiymət amerikalı istehlakçılar üçün mümkün qədər aşağı olsun. Zənn edirəm ki, ehtiyac olarsa, anbarlarda kifayət qədər neftimiz var".

Bayden beş aydan az bir müddət qalan prezident seçkiləri ərəfəsində iqtisadiyyatla bağlı seçicilərin narahatlığını aradan qaldırmağa çalışır. Məqalədə qeyd olunur ki, Baydenin strateji ehtiyatlardan sələflərindən daha çox istifadə etməsi onu “siyasi sui-istifadədə” ittiham edən respublikaçıları qəzəbləndirəcək.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, bazar günü ABŞ-da benzinin orta qiyməti gallon üçün 3,45 dollar (litr üçün təxminən 90 sent) təşkil edib. Bu, bir il əvvəllə müqayisədə bir qədər aşağıdır, lakin Baydenin Donald Trampı dövlət başçısı kimi əvəz etdiyi 2021-ci ildəkindən hələ də 50 faizdən çox yüksəkdir.

Respublikaçıların yüksək səviyyəli siyasətçiləri, keçən ay energetika naziri Cennifer Qranholma göndərdikləri məktubda administrasiyanı “bu seçki ilində strateji ehtiyatlardan siyasi mənfəət üçün istifadə edilməməsini təmin etməyə” çağırıblar. Onlar Baydenin 2022-ci ildəki neft satışlarını “aralıq seçkilərə açıq şəkildə təsir etmək cəhdi” kimi qiymətləndiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR