İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydendən şok etiraf: Onkoloji xəstəliklə mübarizəyə başladı

ABŞ-ın sabiq prezidenti Co Bayden onkoloji xəstəlik diaqnozu aldığını və müalicəyə başladığını bildirib.

Musavat.com
xəbər verir ki, bu barədə Bayden Delaver ştatında jurnalistlərə açıqlama verib.

“Bütün məsələ bir həb qəbul etməklə bağlıdır. Altı həftə boyunca müəyyən bir həbi, daha sonra isə başqa birini qəbul edəcəyəm. Orqanlara heç bir təsiri yoxdur. Sümüklərim sağlamdır,” – deyə Bayden qeyd edib.

Baydenin sözlərinə görə, o və yaxın çevrəsi bu xəstəliyə qalib gələcəklərinə inanır. Onu müalicə edən həkim isə 30 il əvvəl eyni diaqnozu almış və sağalmış tanınmış cərrahdır.

Sabiq prezident hazırda özünü yaxşı hiss etdiyini bildirib və ictimaiyyətə narahatlıq üçün əsas olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR