İnsanlara hürriyət, millətlərə istiqlal!

Restoranlar nağdsız dövriyyə üzrə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi yükünün azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişiklik nəzərdə tutulur.

Musavat.com xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR