İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Türkiyəyə F16-ların verilməsindən danışdı

ABŞ prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefon danışığı zamanı deyib ki, ABŞ-nin Türkiyəyə F-16 qırıcıları tədarükü Amerikanın maraqlarına uyğundur.

APA-nın məlumatına görə, bunu Baydenin Böyük Britaniyaya uçan təyyarəsinin göyərtəsində keçirdiyi brifinqdə Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Ankaraya döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyəti şərh edən Amerika liderinin müşaviri qeyd edib: “Bayden açıq və ardıcıl şəkildə F-16-nın satışının müttəfiqlik və ikitərəfli ABŞ-Türkiyə münasibətləri üçün məqsədəuyğun olduğunu bildirib. Bu, bizim marağımızdadır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR