İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Trampı geridə qoydu

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ-li seçicilərin dəstəyi baxımından geridədir. O, ölkənin hazırkı rəhbəri Co Baydenə uduzur.

Bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri sübut edib.

Seçicilərdən 2024-cü il prezident seçkisi bu gün keçirilsəydi, kimə səs verəcəklərini soruşduqda respondentlərin 49%-i Baydeni dəstəkləyəcəyini, 46%-i isə Trampın lehinə olduğunu bildirib.

Tədqiqat 12-14 aprel tarixlərində aparılıb. Burada ABŞ-də keçiriləcək prezident seçkisində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR