İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Qərbin Rusiyaya təzyiqi artırmaq niyyətini açıqlayıb

Kollektiv Qərb Rusiyaya qarşı təzyiqləri, o cümlədən sanksiyalar vasitəsilə artırmaq, həmçinin lazım olan müddət ərzində Ukraynanı dəstəkləmək niyyətindədir.

“Report” xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynada energetika, hərbi komandanlıq və rabitə obyektlərinə kütləvi zərbə endirməsi ilə bağlı çıxış edib.

"(Rusiyanın - red) Hazırkı hücumları yalnız tələb olunan müddət ərzində Ukrayna xalqı ilə (çiyin-çiyinə) dayanmaq öhdəliyimizi gücləndirir", - Bayden qeyd edib.

Eyni zamanda, Amerika lideri Rusiyanın “vəhşiliklər və müharibə cinayətlərinə” görə məsuliyyət daşıdığını iddia edib. O, qeyd edib ki, Birləşmiş Ştatlar buna görə “(Rusiya Prezidenti Vladimir Putini-red) Putini və Rusiyanı məsuliyyətə cəlb etməkdə” qərarlıdır ki, Ukrayna qüvvələri öz ölkələrini və onun azadlığını müdafiə edə bilsinlər.

“ABŞ Rusiyanın bu gün Ukraynaya, o cümlədən Kiyevə raket zərbələri endirməsini qətiyyətlə pisləyir”, - Bayden bildirib. ABŞ administrasiyasının rəhbəri hesab edir ki, bu zərbələr nəticəsində heç bir hərbi təyinatı olmayan hədəflər məhv edilib. Bundan əlavə, Bayden Rusiyanı Ukraynadakı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR