İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayden Kiyevə daha çox silah verməsi üçün Şoltsa təzyiq edəcək”- “Bloomberg”

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Co Baydenlə Ukraynaya fasiləsiz silah tədarükü məsələsini müzakirə edəcək. Mümkün həll yollarından biri Almaniyanın döyüş sursatlarının istehsalının ABŞ-a köçürülməsi ilə bağlı razılaşma ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Almaniya Avropa İttifaqı çərçivəsində birgə satınalma imkanlarını araşdırır. Eyni zamanda, ABŞ hakimiyyəti Ukraynaya kifayət qədər miqdarda sursat verilmədiyinə görə Şoltsa təzyiq etmək niyyətindədir.

Qeyd edək ki, Şolts bu gün Vaşinqtona səfər edəcək. Səfərin ilk günü onun Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşü olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR