İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Rusiya dünyaya ELAN ETDİ: bu ölkə hərəkətə keçdi - 2025-ci ilə qədər...

Rusiyanın Ukraynaya hərbi hücumlarından sonra Rusiya Silahlı Qüvvələri ABŞ-ın Ukraynada biolaboratoriyalar yaratdığını iddia etmişdi. Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Birliyinin rəisi İqor Kirillov ABŞ-ın dayandırılmış proqramının həyata keçirilməsi istiqamətində işlərə başladığını bildirib.

Musavat.com xəbər verir ki, Rusiyanın hərbi əməliyyatlarından sonra ABŞ-ın layihəni dayandırdığını və laboratoriyaların bu ölkədən qaçaqmalçılıq yolu ilə gətirildiyini iddia edən Kirillov biolaboratoriyalarda çalışan bir çox insanın da Ukraynanı tərk etdiyini xatırladıb.

Kirillov Rusiya Müdafiə Nazirliyinin ABŞ-ın Ukraynada və dünyanın müxtəlif ölkələrində bioloji laboratoriya fəaliyyətlərini izlədiyini ifadə edib: “Rusiya Müdafiə Nazirliyi ABŞ və müttəfiqlərinin Ukraynadakı, həmçinin dünyanın digər yerlərindəki hərbi və bioloji fəaliyyətlərini araşdırmaqda davam edir. Ukraynada qurulan bioloji laboratoriyalarda müxtəlif təcrübələr aparılır, bu laboratoriyalarda Covid-19 və HİV kimi xəstəliklərlə bağlı araşdırmalar da gedir".

Kirillov ABŞ siyasətçilərinin Pentaqon tərəfindən Ukrayna ərazisində biolaboratoriya işlərinə son qoyulması ilə bağlı ziddiyyətli açıqlamalarına diqqət çəkib: "Ukraynada “Bioloji təhlükənin azaldılması proqramı” Rusiyanın xüsusi hərbi əməliyyatı səbəbindən dayandırılmışdı. Amma indi Vaşinqton və Kiyev bunu yenidən həyata keçirməyə başlayıb".

O qeyd edib ki, ABŞ və Ukraynanın 2025-ci ilə qədər davam etdirməyi planlaşdırdıqları yeni biolaboratoriya proqramı üçün yeni ekspertlər axtarılır: "Pentaqon qeyri-qanuni fəaliyyətlərlə bağlı məlumatların sızmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görür. Namizədlərlə 24-26 aprel tarixlərində Varşavada görüş planlaşdırılır".

Rusiya Silahlı Qüvvələrinin Radioloji, Kimyəvi və Bioloji Mühafizə Birliyinin rəisi İqor Kirillov əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin biolaboratoriyalarla bağlı araşdırmaları davam edir və yaxın günlərdə bu mövzuda yeni açıqlamalar verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR