İnsanlara hürriyət, millətlərə istiqlal!

Başladı! Ər-Riyadda ABŞ-Rusiya və ABŞ-Ukrayna arasında paralel danışıqlar start götürdü

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya arasında yüksək səviyyəli texniki məsləhətləşmələrə start verilir.

Musavat.com xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri, senator Qennadi Karasin bildirib ki, 24 mart səhər saatlarında ekspert qruplarının görüşü keçiriləcək.

Görüşdə əsas diqqət Qara dənizdə atəşkəs və regional təhlükəsizlik məsələlərinə yönəlib. ABŞ tərəfini təmsil edən nümayəndə Vitkoff “Fox News” kanalına verdiyi açıqlamada bildirib:

“Putinin sülh istədiyini hiss edirəm. Düşünürəm ki, bazar ertəsi günü Ər-Riyadda real irəliləyiş görəcəyik, xüsusilə də Qara dənizdə gəmilərlə bağlı atəşkəs məsələsində. Bu, tammiqyaslı atəşkəsə keçid üçün ilk addım ola bilər.”

Vitkoff həmçinin Qərbin Putinə qarşı tənqidlərinə toxunaraq qeyd edib ki, “hər bir hekayənin iki tərəfi var” və Moskvanın digər ölkələri işğal etmək niyyəti olduğuna dair narahatlıqların şişirdildiyini vurğulayıb:

“Mən Putinin bütün Avropanı ələ keçirmək istədiyini düşünmürəm. Bu, İkinci Dünya Müharibəsindəki vəziyyətdən tamamilə fərqlidir.”

Ukrayna da Ər-Riyadda ABŞ-la paralel danışıqlara başlayıb

Digər tərəfdən, Ukrayna müdafiə naziri Rustem Umerov "X" platformasında verdiyi açıqlamada Ukrayna-ABŞ nümayəndə heyətlərinin də Ər-Riyadda görüşə başladığını təsdiqləyib. Görüşün əsas gündəmində enerji infrastrukturlarının və kritik obyektlərin müdafiəsi ilə bağlı təkliflər dayanır.

While You Were Sleeping: 5 stories you might have missed, March 23, 2025 |  The Straits Times

“Bu gün biz texniki baxımdan çətin olan bir sıra məsələləri müzakirə edirik. Heyətimizə enerji sahəsi üzrə ekspertlərlə yanaşı, dəniz və hava qüvvələrini təmsil edən hərbi nümayəndələr də daxildir,” – deyə Umerov bildirib.

Regionda mümkün diplomatik dönüş?

Ər-Riyadda keçirilən bu paralel görüşlər beynəlxalq müşahidəçilər tərəfindən münaqişənin diplomatik həllinə dair ilk ciddi addımlar kimi qiymətləndirilir. Həm ABŞ-Rusiya, həm də ABŞ-Ukrayna kanallarının eyni anda aktivləşməsi, Qara dənizdə gəmilərin təhlükəsizliyi və genişmiqyaslı atəşkəs ehtimallarını artırır.

Hələlik danışıqlarla bağlı rəsmi nəticələr açıqlanmasa da, həm Vaşinqtonun, həm də Moskvanın bu mərhələdə qarşılıqlı diplomatik mövqelər axtardığı hiss olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR