Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın baş naziri məndən xahiş etsə, onun xahişinə bir saniyə belə müqavimət göstərməyəcəyəm”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Birincisi, tabeçilik, ikincisi, komanda var. Məsələ onda deyil ki, baş nazir səhər yuxudan durub belə qərara gəlib ki, filan adamları yerindən tərpətmək lazımdır. Hər kəsin problemi var, insanlar problem yaradır, insanlar səhv edir. Söhbət şəxsi səhvlərdən və ya şəxsdən deyil, müxalifətçi həmkarlarımızın danışdıqları sistemdən, ədalətdən, vəziyyətdən gedir. Bu bəyanatlardan sonra ölkə rəhbəri nəticə çıxarmağa borcludur, çünki bütün məsuliyyət onun üzərinə düşür”, - deyə Simonyan qəribə cümlələr işlədib.
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ