İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş naziri vuran yazıçı danışdı: "Onun siyasəti ilə razı deyiləm..." - VİDEO

Musavat.com xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fitsoya sui qəsd edən yazıçı Juraj Chintula öz hərəkəti ilə bağlı açıqlama verib.

Sosial mediada yayılan qısa videoda Juraj Chintula deyir ki, Slovakiyanın baş naziri Fikonun həyatına qəsd etməsinin səbəbi hökumətin siyasəti ilə razı olmamasıdır.

Videodan da göründüyü kimi, sui-qəsdçi yazıçının qolları bağlı, sifəti isə yaralıdır. Ehtimal olunur ki, bu da onun sui-qəsdi həyata keçirən zaman təsirsizləşməsi prosesində baş verib.

 

Əlavə etdiyimiz sui-qəsd anının videosundan da göründüyü kimi, sui-qəsdçi yazıçı baş nazirə ard -arda və dayanmadan atəş açır. Cangüdənlər ləng tərpənir və yazıçı Jurayı neytrallaşdırana qədər güllələr baş naziri dəlik - deşik edir.

Musavat.com bildirir ki, Slovakiyanın baş naziri hazırda ağır yaralıdır və həyatla ölüm arasındadır. 

Slokvakiya mətbuatının yazdığına görə, poeziyası ilə tanınan yazıçı müxalifətdə olan “Tərəqqiçi Slovakiya” partiyasının tərəfdarıdır. Lakin bu iddia həmin partiyanın lideri tərəfindən kəskin şəkildə pislənib: “Biz onun hərəkatımızın üzvü olduğunu birmənalı şəkildə inkar edirik. Onunla partiyamız və ya üzvlərimiz arasında başqa heç bir əlaqə yoxdur. Biz onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik” deyə Slovakiyanın “Hospodarske Noviny” qəzetinə istinadən Mixal Simecka bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR