İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən XƏBƏRDARLIQ: “Batırıq”

“Enerji böhranı Slovakiya iqtisadiyyatını məhv edə bilər”.

Musavat.com xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Slovakiyanın baş naziri Eduard Heger deyib.

Baş nazirin sözlərinə görə, elektrik enerjisinin qiymətlərinin dəyişməsi onun ölkəsinin iqtisadi sisteminin çökəcəyi anlamına gəlir.

“Slovakiya Brüsseldən milyardlarla avro yardım almasa, xərclərin əhəmiyyətli dərəcədə artması yerli iqtisadiyyatı bitirəcək”, - deyə Heger qeyd edib. Əks təqdirdə Slovakiya lideri ölkənin enerji təchizatı sistemini milliləşdirəcəkləri barədə xəbərdarlıq edib.

Slovakiya Avropada nüvə və su elektrik enerjisinin əsas istehsalçılarından biri sayılır. Lakin ölkənin ən böyük elektrik tədarükçüsü qiymətləri qaldırıb. Satıcılar faktiki olaraq yeni bazar qiymətləri ilə müqavilələr bağlayırlar ki, bu da təxminən 5 dəfə yüksək başa gəlir.

“Slovaklar 100 avroya satdıqlarını 500 avroya alırlar” - deyə Heger vəziyyətdən şikayətlənib. O, Avropa Komissiyasının 140 milyard avroluq fövqəladə vergi planının Slovakiyada işləməsinin mümkün olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR