İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir prezidentlə tərcüməçini SƏHV SALDI - VİDEO

Böyük Britaniyanın baş naziri Kir Starmer iyun ayında seçilmiş Cənubi Koreya Prezidenti Li Çje Myonu G7 sammitində onun tərcüməçisi ilə səhv salıb.

Musavat.com xəbər verir ki, kadrlarda görünür ki, Starmer əvvəlcə tərcüməçi olan kişi ilə görüşür. Bundan sonra onların yanına bir qadın yaxınlaşaraq siyasətçiyə əslində prezident Li Çje Myonun başqa biri olduğunu göstərir. Eyni jesti tərcüməçi də edir.

Qeyd edək ki, Li Çje Myon “Toburo” Demokrat Partiyasının prezidentliyə namizədi idi və seçkilərdə 48,43% səslə qalib gələrək rəqibi Kim Mun Sudan (42,59%) üstün olub.

Seçkilər növbədənkənar keçirilib. Onlar keçmiş prezident Yun Sok Yolun uğursuz çevriliş cəhdindən sonra impiçment elan edilməsindən sonra təşkil olunub.

Qeyd edək ki, G7 sammiti 15–17 iyun tarixlərində Kanadada keçirilib. Sammit ortaq yekun bəyanat olmadan başa çatıb. Üstəlik, ABŞ prezidenti Donald Tramp “Yaxın Şərqdəki vəziyyət” səbəbilə görüşü vaxtından əvvəl tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR