İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş müşavir: "ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır"

"ABŞ Azərbaycan-Ermənistan normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır".

Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, sülh müqaviləsinin elementləri üzrə aparılan danışıqların əhəmiyyət daşıdığını, bölgədə sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR