İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş məşqçi qırmızı vərəqə alan oyunçunu DÖYDÜ

İtaliya C Seriyasında “Triestina” ilə GIANA Erminio arasında keçirilən oyunda futbol meydanlarında nadir hallarda rast gəlinən insident yaşanıb.

GIANA Erminio səfərdə 1-0 qalib gəlib, lakin bir oyunçunun qırmızı vərəqə almasından sonra baş verənlər oyunu kölgədə qoyub.

“Triestina”da Raimonds Krollis qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Qırmızı vərəqədən sonra meydandan kənara çıxan futbolçunu baş məşqçi Pep Klotet qarşılayıb. İspan çalışdırıcı oyundan qovulan futbolçusunu meydanda sözün əsl mənasında döyüb. Krollis hadisədən sonra paltardəyişmə otağına gedib.

47 yaşlı məşqçi əvvəllər “Oksford” və “Birminqem” kimi komandaları çalışdırarkən əsəbi davranışı ilə tanınırdı.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR