Onlayn ictimai-siyasi qəzet
Ermənistandakı revanşçı qüvvələrə başçılıq edən Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan son mitinq zamanı sensasion iddia ilə çıxış edib.
Musavat.com-un məlumatına görə, Qalstanyan sərhədlərin 1976-cı il xəritəsinə əsasən delimitasiyasına şübhə ilə yanaşıb. Onun sözlərinə görə, bu gün Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesi 1929-cu ilin xəritələri üzrə gedir.
“Və yaxın vaxtlarda biz də Milli Təhlükəsizlik Xidmətinin arxivindən indiki yox, əvvəlki arayışı təqdim edəcəyik. Mənzərə son dərəcə aydındır. Biz prosesi dayandırmasaq, daha doğrusu, səbəbini aradan qaldırmasaq, bu proses sona çatacaq”-daha sonra Baqrat deyib.
Hələlik Qalstanyanın iddiasına rəsmi reaksiya yoxdur.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ