Onlayn ictimai-siyasi qəzet
Ermənistanın hakim partiyasının deputatı Arusyak Culhakyan Tanrı tərəfindən müxalifətə liderlik üçün göndərildiyini iddia edən keşiş Baqrat Qalstanyanı ələ salıb.
Deputat keşişi yalan və boş-boş danışmaqda ittiham edib.
Culhakyan Baqratın Tanrının adını dilə gətirməyə layiq olmadığını söyləyib.
“Müxalifətin ruhani lideri bəyan edir ki, onu müxalifətə rəhbərlik etmək üçün Tanrı göndərib. Tanrının adını boş yerə çəkməyin, çünki Tanrı onun adını boş yerə çəkənləri saleh saymaz”, - deputat vurğulayıb./Teleqraf.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ