Onlayn ictimai-siyasi qəzet
İtaliyalı hücumçu Mario Balotelli tezliklə “Cenoa” komandasını tərk edə bilər.
Bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, 34 yaşlı italyan forvard bu qış “transfer pəncərəsi"ndə yeni klubundan ayrılmağa hazırlaşır. O, karyerasını “Kruz Azul”da davam etdirə bilər. İtaliya millisinin sabiq futbolçusu artıq Meksika klubu ilə danışıqlar aparır.
Balotelli 2024-cü ilin oktyabrından “Cenoa”nın şərəfini qoruyur.
Xatırladaq ki, Mario Balotelli bu mövsüm “Cenoa”nın heyətində İtaliya çempionatında 6 oyun keçirib, lakin nə qol vura, nə də məhsuldar ötürmə edə bilib.
Balotelli buna qədər “Adana Dəmirspor”, “Sion”, “Montsa”, “Liverpul”, “İnter”, “Mançester Siti” və digər klublarda çıxış edib.//Fanat.az
05 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ