İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının məşhur bulağında su kranları yenilənib - Fotolar

Artıq bir neçə aydır davam edən “Bir Damcı” kampaniyası çərçivəsində daha bir layihəyə başlanılıb.

Musavat.com-un xəbərinə görə, təkcə təbliğat işləri ilə kifayətlənməyən kampaniya təşkilatçıları bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə əməli tədbirlərlə sudan qənaətlə istifadəyə töhfə veriblər.

Layihə çərçivəsində “İçərişəhər” metrostansiyasının çıxışında yerləşən məşhur bulaqda su kranları yenilənib.

Bulağın kranları qənaətli su kranları ilə əvəzlənib. Bu kranlar sayəsində suyun boşuna axmasının qarşısı alınıb, həmçinin istifadə zamanı da daha az su itkisinə nail olunub. Buna qədər isə bulağın suyu gecə-gündüz dayanmadan axır və bir neçə dəqiqənin ərzində belə litrlərlə suyun israf olması ilə nəticələnirdi.

Kampaniya təşkilatçıları bildirib ki, gələcəkdə də paytaxtın müxtəlif ərazilərində daimi axarlı bulaqlarda su kranlarının əvəzlənməsi işləri davam etdiriləcək. Bu işdə sakinlərin də dəstək göstərməsi, küçələrdə, daxili məhəllələrdə su kranlarının açıq qalmasına biganə yanaşmamaları, nasaz su kranları barədə müvafiq qurumları xəbərdar etmələri xahiş olunur.

Xatırladaq ki, “Bir Damcı” kampaniyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və IDEA İctimai Birliyi tərəfindən təşkil olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR