İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində tarixi abidədən heç kimin xəbəri yoxdur – illərdir gizli qalıb - FOTO

Bakının mərkəzində, Şəhid Həmidağa Hüseynzadə küçəsində (keçmiş Zərgərpalan küçəsi) yerləşən qədim hamamın mövcudluğu, uzun illər ərzində nəinki paytaxt sakinlərindən, hətta o ərazidə yaşayan sakinlərin özündən belə gizli qalıb. Buna səbəb kimi isə hamamın divarlarında inventar nömrəsinin olmaması göstərilir.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, memarlıq abidələrinin siyahısında bu hamamın 1899-cu ildə tikildiyi (inventar nömrəsi: 3578) və yerli əhəmiyyətli memarlıq abidəsi olduğu göstərilib.

"Siyahıda həmin abidənin ünvanı kimi Zərgərpalan küçəsi, 87 qeyd edilib. Ancaq hazırda bu küçə Şəhid Həmidağa Hüseynzadənin adını daşıyır", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, tarixi tikilinin divarları mütəxəssislər tərəfindən təmizlənib:

"Bakı şəhəri, Yasamal rayonu, Şəhid Həmidağa Hüseynzadə küçəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan hamamda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən arxeoloji tədqiqat işləri aparılıb. Eləcə də tarixi tiklinin divarları mütəxəssislər tərəfindən təmizlənib.

Ünvan məsələsinə gəlincə, tarix və mədəniyyət abidələrinin siyahısı yenilənən zaman bu və adları, ünvanları dəyişən digər küçələrdə də yerləşən tarixi tikililərin ünvanı yenilənəcək. Həmin siyahının yenilənməsi üzərində iş gedir".

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR