İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının daha bir avtomobil yolunda velosiped yolu salındı - FOTO

Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir.

Bu barədə Musavat.com-a Xəzər rayonu İcra Hakimiyyətindən bildirilib.

Əhalinin velosiped sürməyə artan marağının, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində Xəzər rayonun Buzovna-Mərdəkan avtomobil yolunda da Bakı Abadlıq MMC tərəfindən yeni velosiped yolları və piyada səkiləri salınır.

Hazırda bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR