İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının 2 rayonunda söküntü işləri başlayır -ÜNVANLAR

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, söküntü işləri Babək küçəsi, ev 23 ünvanında, Frunze küçəsi, ev 16 ünvanında , 6-cı Mədən küçəsi, ev 38 ünvanında, Məmmədəliyev küçəsi, ev 32 ünvanında və Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı hazırlıqlara başlayıb.

Dövlət qurumu sözügedən xidmətin alınması üçün 64.298,41 manat pul ayırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR