Onlayn ictimai-siyasi qəzet
Bakının Yasamal rayonu ərazisində uzun müddət fəaliyyət göstərən kafe və ticarət obyektləri sökülüb.
Rayonun Məhəmməd Xiyabani küçəsindəki kafelər və ət dükanları ləğv edilib. Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. Ərazidə 20-dən artıq kafe sökülüb.
Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi. Ərazi uzun illər idi ki, "Ətçilər” kababxanaları kimi tanınırdı. Adıçəkilən ərazidə kafelərlə yanaşı xırdabuynuzlu heyvanların ət satışı da həyata keçirilirdi./Metbuat.az
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ