Onlayn ictimai-siyasi qəzet
Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.
Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.
Həmin vaxt o, pəncərədən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
28 Sentyabr 2024
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ