İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yeni doğulmuş körpənin meyitini küçəyə atdılar

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kimin tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR