İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda tullantıların arasından 8-i əcnəbilərə məxsus olmaqla 57 avtomobil nömrəsi tapılıb

Bu il Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavodundan 57-dən çox avtomobil dövlət nömrə nişanları və 8 sürücülük vəsiqəsi tapılıb.

"Report"un məlumatına görə, tapılan bu əşyalar "Təmiz Şəhər” ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin “Tap qaytar” adlı yeni layihəsi çərçivəsində dövlət yol polisi əməkdaşlarına təqdim edilib.

Tapılan 57 avtomobil nömrəsinin 8-i xarici ölkə vətəndaşına məxsus olan avtomobil nömrə nişanlarıdır.

Ən diqqətçəkən avtomobil nömrələri 90-UE-900, 10-KK-104, 10-SS-557-dir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR