Onlayn ictimai-siyasi qəzet
Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.
Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.
Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.
Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir evsizindir. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.
Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.
Ətraflı süjetdə:
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ