İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda rusiyalı müğənninin başına iş gəldi - FOTOLAR

Məşhur rusiyalı müğənni, “Блестящие” qrupunun eks-solisti Olqa Orlova Bakıdadır.

Axşam.az xəbər verir ki, ana olmağa hazırlaşan müğənni Milan və Bakıda bir çox problemlə qarşılaşdığını açıqlayıb. O, narazılığının təyyarənin göyərtəsindən başladığını bildirib. Olqa təyyarədə əyləşdiyi oturacağının arxaya əyilmədiyini vurğulayıb:

“Biznes-klass biletinin baha başa gəlməsi qəribədir. Stüardessadan xahiş etdim ki, bizi tək uçan biri ilə dəyişdirsin, amma o, yenicə havaya qalxmağımıza baxmayaraq, hamının yatdığını söylədi. Bilirsiniz, mən tez-tez təyyarə ilə uçan adamam və heç vaxt şikayət edə biləcəyim vəziyyətdə olmamışam. "Qəribədir ki, qadın qadına kömək etmək istəmədi".

O, Milanda qaldığı hotelin xidmətindən də razı qalmadığını deyib. Olqa otağın ölçüsündən narazı olduğu üçün başqa yerə köçürülsə də, orada əl yumaq yeri yaxşı işləməyib:

"Səhər onu düzəltməyi xahiş etdim, axşam qayıtdım ki, hər şey eynidir!".

Bundan başqa, müğənni Milanda qarət olunduğunu açıqlayıb. O, bunu restorana şam yeməyinə gedəndə anlayıb:

“Biz nahar etdik, hesabı gətirdilər. Çantamı açıb gördüm ki, içində pul yoxdur. Qəpiyə qədər bütün pulumuz oğrulanıb. Böyük məbləğ idi. günahlandıracağım kimsə yoxdur".

Sənətçi bildirib ki, İtaliyadan dönüş səfərində Bakıya gəlsə də, problemləri bitməyib. Olqa bu dəfə baqajını itirib. Lakin çətinliklərə baxmayaraq, ifaçı şəhəri bəyəndiyini etiraf edib:

“Bakı gözəldir! "Блестящие" ilə olan turlarımızdan sonra burada olmamışam. Və bu, 21 ildən çox edir. İnsanlar heyrətamizdir! Hər şey yaxşı olacaq".

Qeyd edək ki, Valeri adlı biznesmenlə ailə həyatı quran 44 yaşlı O.Orlova hamilədir. Müğənninin Aleksandr Karmanovla evliliyindən 22 yaşlı oğlu da var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR