Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları 120 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, yüksək temperaturdan köməkçi otağın lambirdən ibarət tavanı 7 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bundan başqa Sabunçu rayonunda bir dam altında tikilən, ümumi sahəsi 120 m² olan birmərtəbəli tikilidə (kafe və mebel sexi kimi fəaliyyət göstərir) sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları və sahəsi 40 m² olan mebel sexinin taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.
Yüksək temperaturdan mebel sexinin lambirdən ibarət tavanı əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ