İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qonşular arasında DAVA: Bıçaqlanan var

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Süleyman oğlu binanın həyətində avtomobilini park edərkən qonşusu ilə aralarında mübahisə yaşanıb.

Qonşusu ondan avtomobili park etməməyi tələb edib. Sonda E.Məmmədov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR