İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəza - xəsarət alan var

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

“BMW” markalı avtomobili idarə edən sürücü əks istiqamətdə hərəkətdə olan zaman sükana nəzarəti itirərək maşınını bardürə çırpıb. Qəza zamanı sərnişin xəsarət alıb. Sürücü bildirib ki, o, uzun müddətdir Türkiyədə yaşayıb. Statistika dairəsində yol hərəkəti qaydalarının və nişanlarının dəyişilməsindən məlumatı olmayıb. Buna görə də o, əvvəlki istiqamətdə hərəkət edib.

Əraziyə polis əməkdaşları gəlib.

Avtotexniki ekspertiza təyin edilib. Deformasiyaya uğrayan avtomobil cərimə meydançasına yerləşdirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR