İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda pula görə anasını döyən 20 yaşlı şəxs həbs edilib

Bakıda 20 yaşlı şəxs anasından pul istəyən zaman yaranmış mübahisə zamanı onu döyüb.

Musavat.com xəbər verir ki, Seymur anasını ilk dəfə deyilmiş ki, döyürmüş. Belə ki, anası ilə birlikdə yaşayan Seymur dəfələrlə ondan pul istəyib. Pul ala biməyəndə isə evdə mübahisələr yaradırmış.

Sonuncu dəfə Seymur anasından bərbərə vermək üçün 10 manat alıb. Az sonra yenidən anasından 5 manat istəyib. Anası ona 5 manat versə də narazılığını bildirib. Buna görə Seymur anasını döyüb.

Seymurun anası ifadəsində deyib ki, oğlu daha əvvəllər də onu döyüb, amma hazırda oğlundan şikayətçi deyil.

Məlum olub ki, Seymur daha əvvəl 4 dəfə məhkumluq həyatı yaşayıb. O, narkotik istifadəsi, sağlamlığa zərər vurma kimi maddələrlə təqsirli bilinib.

Seymur bu dəfəki əməlinə görə 3 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

BÜTÜN XƏBƏRLƏR