İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı - FOTO

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.

Qeyd edək ki, fotoda qeyd olunan avtomobilin sahibi məşhur türk serialı “Kurtlar vadisi”ndəki “Polat Alemdar” rolunun idarə etdiyi avtomobil nömrəsini maşınının ön şüşəsinə əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR